2 rayondan ayrı-ayrı - TƏQAÜD ALDI
Hadisə
Məhkəmə iki rayonda pensiya alan 88 yaşlı qadına hökm oxuyub.
News24.az xəbər verir ki, bu barədə Saratov vilayətinin prokurorluğu məlumat yayıb.
İstintaqın məlumatına görə, Volqoqrad vilayətinin Petrov Val şəhərinin sakini bu bölgədə yaşa görə pensiya alıb. 2000-ci ildə qadın Krasnoarmeyskə gəlib və orada da eyni ödənişi alıb.
"2000-ci ildən 2022-ci ilə qədər qəsdən cinayət əməlləri nəticəsində təqaüdçü 2,8 milyon rubldan(təxminən 55 min azn) çox pul oğurlayıb", - məlumatda qeyd olunub.
Qadının hərəkətləri dələduzluq əlaməti kimi qiymətləndirilib. Məhkəmə təqaüdçünü təqsirli bilib və üç il müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edib.
Məryəm İlhamqızı