2 yaşlı uşaq saç sancağı uddu — - FOTOLAR
Hadisə
Saç sancağı udan 2 yaşlı uşaq xilas edilib.
Bu barədə uşaq uroloqu və cərrahı Allahverdi Musayev sosial şəbəkə hesabında paylaşıb.
Həkim qeyd edib ki, azyaşlı tibb müəssisəsinə tənəffüs çatışmamazlığı və boğulma şikayətləri ilə gətirilib:
"Aparılan müayinələr əsasında xəstənin yad cisim udduğu məlum olub. Xəstəyə bronxoskopiya icra edilərək baş bronx mənfəzindən yad cisim-saç sancağı xaric edilib". /moderator.az