2000 illik heykəllərə zərər verdi - İstintaq başladıldı__NEWL____NEWL__

2000 illik heykəllərə zərər verdi - İstintaq başladıldı__NEWL____NEWL__ Hadisə

Çinin Sian şəhərində yerləşən məşhur Terrakota ordusu muzeyində 30 yaşlı bir turist iki qədim heykələ zərər yetirib. 

News24.az xəbər verir ki, soyadı Sun olan şəxs təhlükəsizlik baryerlərini və qoruyucu torları keçərək təxminən 5,5 metr dərinliyə enib və heykəlləri itələyib çəkməyə başlayıb. Hadisə zamanı iki antik fiqurda görünən zədələr aşkarlanıb. 

Rəsmilər Sunun psixi problemləri olduğunu bildiriblər və hadisə ilə bağlı istintaq başladılıb.

Aqil