25 yaşlı qız xəstəxanaya aparılarkən öldü
Hadisə
Bakıda gənc qız qəfil vəfat edib.
News24.az xəbər verir ki, yanvarın 16-sı saat 22 radələrində Qala qəsəbə sakini 2001-ci il təvəllüdlü Əminə İsmayılovanın səhhəti yaşadığı evdə pisləşib.
O, xəstəxanaya aparılarkən yolda ölüb.
Ölümün dəqiq səbəbi hələlik bilinmir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)