257 nömrəli məktəbdə kütləvi zəhərlənmə olub ? - RƏSMİ AÇIQLAMA
Hadisə
Sosial şəbəkələrdə Xətai rayon 257 saylı məktəbdə kütləvi zəhərlənmənin baş verməsi ilə bağlı məlumat yayılıb.
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Xətai rayonu ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb. Polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb.
Araşdırmalar davam etdirilir.