28 yaşlı gənc Abşeronda 7 ayrı məkandan qarət etdi

28 yaşlı gənc Abşeronda 7 ayrı məkandan qarət etdi Hadisə

Abşeron rayonu ərazisində ayrı-ayrı vaxtlarda 3 market, 3 avtomobil və 1 evdən məişət və qızıl-zinət əşyaları, pul, bank kartları, eləcə də maqnitofonların oğurlanması barədə polisə məlumatlar daxil olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı R.Zeynalov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.