28 yaşlı kişi kəsici alətdən xəsarət aldı
Hadisə
Gəncə sakini kəsici alətdən xəsarət alıb.
News24.az xəbər ki, hadisə şəhərin Üzeyir Hacıyev prospekti ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1997-ci il təvəllüdlü S.Əliyevin qarın nahiyəsindən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal o əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
28 yaşlı kişinin hansı şəraitdə xəsarət alması məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (Unikal.az)