3 ton yerfındığı satışa çıxarılmadan məhv edildi - FOTO

3 ton yerfındığı satışa çıxarılmadan məhv edildi - FOTO Hadisə

Uyğunsuzluq aşkarlanan 3 ton yerfındığı məhsulunun satışa çıxarılmasının qarşısı alınıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində “MORS TRADİNG” MMC-nin Özbəkistandan idxal etdiyi təmizlənmiş yerfındığı məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən baxış keçirilib.

Laborator müayinə nəticəsində Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

3 ton məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyaları məhv edilib.

3 ton yerfındığı satışa çıxarılmadan məhv edildi - FOTO 3 ton yerfındığı satışa çıxarılmadan məhv edildi - FOTO 3 ton yerfındığı satışa çıxarılmadan məhv edildi - FOTO