30 il sonra gələn - AZADLIQ - Günahsız imiş
Hadisə
Havayda törətmədiyi qətlə görə 30 il həbs cəzası çəkən Qordon Kordeyro, yeni DNT dəlillərinin onun günahsız olduğunu sübut etməsindən sonra sərbəst buraxılıb.
News24.az CNN-ə istinadən xəbər verir ki, 51 yaşlı Kordeyro "Azadlıq Cüməsi" adlandırdığı gün alqış sədaları və yaxınlarının çiçəkləri altında Mauidəki həbsxananı tərk edib.
"Məni xilas edən insanlara minnətdaram" məhkəmə zalında göz yaşlarını saxlaya bilməyən Kordeyro deyib.
Qeyd edək ki, Kordeyro 1994-cü ildə n *rkotik quldurluğu zamanı q*tl törətməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.
Lakin Hawaii Innocence Project tərəfindən aparılan araşdırmalar Kordeyroya qarşı sübutların etibarsız olduğunu, şahid ifadələrinin ziddiyyətli olduğunu və yeni aşkar edilmiş DNT-nin onun cinayət yerində olmadığını göstərdiyini müəyyən edib.
Eyni zamanda, Kordeyronun həbsdə qaldığı hər il üçün 50 min dollar olmaqla 1,5 milyon dollar təzminat alacağı gözlənilir.
Günel Məlikzadə