32 yaşlı kişini avtomobil vuraraq öldürdü
Hadisə
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
News24.az xəbər verir ki, Rəsulov Pərviz Salman oğlu idarə etdiyi "Toyota Camry" markalı avtomobillə Xətai rayonu, Yusif Səfərov küçəsində 1994-cü il təvəllüdlü Əlizadə Samir Qeys oğlunu vuraraq xəsarət yetirib.
Nəticədə piyada Samir Əlizadə aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.