Məktəbdən qayıdarkən maşın vurdu
    • 11-02-2020, 20:29
    • 952

Məktəbdən qayıdarkən maşın vurdu

Şəkidə məktəbdən qayıdan oğlanı avtomobil vurub.

News24.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Belə ki, Şəki sakini, 2011-ci il təvəllüdlü Mehdiyev Aslan Novruz oğlu məktəbdən evə qayıdarkən yolu kecmək istəyib, bu zaman onu avtomobil vurub.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada A.Mehdiyevə kəllə-beyin travması və sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Xəstənin vəziyyəti nəzərə alınaraq, həkimlər onu Gəncə şəhər xəstəxanasına göndəriblər.

Faktla bağlı araşdırma aparılır.