35 yaşlı qadın abort zamanı öldü
Hadisə
Şəmkirdə 35 yaşlı qadın abort zamanı ölüb.
News24.az xəbər verir ki, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Yeganə Əhmədova abort üçün xəstəxanaya müraciət edib. Qadın abort edilən zamanı vəziyyəti pisləşib.
Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.