4 nəfəri aldadıb 25 min manatı mənimsədi - FOTO
Hadisə
Sumqayıtda 4 nəfəri aldadaraq 25 min manat pulunu mənimsəyən 38 yaşlı Münəvvər Muxtarovaya hökm oxunub.
News24,az- ın əldə etdiyi məlumata görə, 1988-ci il təvəllüdlü M. Muxtarova əvvəllər “Seagull Travel” turizm şirkətində çalışıb. İstintaqla müəyyən edilib ki, o, həmin işdən çıxandan sonra dələduzluq əməllərinə başlayıb və əvvəlki müştərilərinə yeni turizm şirkəti yaratdığını, bu işə pul qoyacaqları təqdirdə yaxşı pul qazanacaqlarını deyib.
Belə vədlərlə o, 2 nəfərdən xeyli pul alıb. Daha sonra işçi vizası və xaricdə tur adı ilə daha 2 nəfəri aldadaraq pullarını ələ keçirib. Məhkəmədə əməlləri sübuta yetirilən M.Muxtarova Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il həbs cəzası alıb.
Yaşar Araz