4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu
Hadisə
Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
DİN-in Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri - F.Zeynalov, Ə.Əliyev, A.Ağayev və M.Şükürov tərəfindən törədildiyi məlum olub.
Yanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.