Yük maşını avtomobillərə ÇIRPILDI
    • 26-05-2020, 02:00
    • 671

Yük maşını avtomobillərə ÇIRPILDI

Şəmkir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az xəbər verir ki, yük maşını idarəetmədən çıxaraq bir neçə avtomobilə çırpılıb. Zəncirvari qəza zamanı bir nəfər - Saleh Əsgərov ciddi xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Hadisə nəticəsində daha bir nəfərin yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.