5-ci mərtəbədən yıxılan qız tələbə imiş

5-ci mərtəbədən yıxılan qız tələbə imiş Hadisə

Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Mingəçevir şəhərində 19 yaşlı qız 5-ci mərtəbədən yıxılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, martın 4-ü saat 14 radələrində şəhərdə yerləşən 5 mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılan şəxs Tovuz rayonu sakini, 2007-ci il təvəllüdlü N. Əkbərovadır. O, Mingəçevirdə fəaliyyət göstərən ali təhsil müəssisələrindən birində təhsil alır.

Xəstəxanaya yerləşdirilən N. Əkbərovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Yaşar Araz