50 yaşlı kişini arı sancdı – Şoka düşdü
Hadisə
Ağdamda 50 yaşlı kişi arı sancması nəticəsində şok keçirib.
News24.az xəbər verir ki, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb.
Kənd sakini, 1976-cı il təvəllüdlü Yasin Yadulla oğlu Əhmədov saxladığı arılara qulluq edərkən onu arı sancıb. Nəticədə Y. Əhmədovun vəziyyəti qəfil pisləşib və o, şok keçirib.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)