59 yaşlı kişi restoranda öldü

59 yaşlı kişi restoranda öldü Hadisə

Mingəçevirdə restoranda kişi ölüb.

News24.az xəbər verir ki, hadisə Ş.İ.Xətai küçəsində yerləşən iaşə obyektində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü şəhər sakini Asəm Məmmədov masa arxasında olarkən vəfat edib.

İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. (axar.az)