7 yaşlı qızı avtomobil vurdu

7 yaşlı qızı avtomobil vurdu Hadisə


Bakının Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az report.az-a istinadən xəbər verir ki, Buzovna qəsəbəsində yolu keçən 2017-ci il təvəllüdlü Əliyeva Arzu Mehrab qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.