7 yaşlı uşaq bıçaqlandı, şübhəli saxlanıldı - Yeniləndi - 1
Hadisə
Ağcabədi rayonunda 7 yaşlı uşağın bıçaq xəsarətləri alması faktı qeydə alınıb.
News24.az xəbər verir ki, 7 yaşlı S.B. bıçaq xəsarəti ilə Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının məlumata görə, fevralın 4-də saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub: "Pasiyent dərhal əməliyyat blokunda alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Ağcabədidə 7 yaşlı uşağı bıçaqlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.
Bu barədə News24.az -ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fevralın 4-də saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub.
Bu barədə News24.az -ın sorğusuna cavab olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, pasiyent dərhal əməliyyat blokunda alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.