71 yaşlı Natiq Ağayev evində - ÖLÜ TAPILDI

71 yaşlı Natiq Ağayev evində - ÖLÜ TAPILDI Hadisə
Bakıda mənzildə 71 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Ağayev Natiq İsrafil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.