78 nəfərin ölümünə səbəb olan otel sahibi ilə bağlı daha bir - SKANDAL
Hadisə
Türkiyənin Bolu bölgəsinin Kartalka rayonunda 78 nəfərin həyatını itirdiyi “Grand Kartal” hotelinin sahibi Halit Ergülün başqa bir oteli olan “Gazelle Resort Hotel” üçün gecə yarısı diqqətçəkən qərar qəbul edilib.
News24.az xəbər verir ki, otel tələsik bağlanarkən, yanğın fəlakəti ilə bağlı aparılan istintaq çərçivəsində menecer Ahmet Dəmir həbs edilib.
Hadisələr böyük səs-küy yaratsa da, Halit Ergüllə bağlı yeni qalmaqal hadisələri kölgədə qoyub. 78 nəfərin həyatını itirdiyi yanğın fəlakətinin ağrıları davam edərkən, Ergülün Gölcük yaxınlığındakı meşə işğalı üzə çıxıb.
Ergülə məxsus olan “Gazelle Resort” hotelinin ərazisinin meşə işğalı səbəbiylə illər ərzində 13 dəfə böyüdüyü öyrənilərkən, Emen və Karacasu kəndliləri artıq təsərrüfatla məşğul ola bilməmələri bir yana, qısa yoldan da istifadə edə bilməyəcəklərini bildiriblər. “Gazelle Resort” hotelinə görə 100 ildən çox müddətdir heyvanlarını otardıqları örüş yerləri və arpa, buğda becərdikləri yerli sakinlərin əlindən çıxıb.
“Hürriyet” qəzetinin məlumatına görə, kəndlilər və bələdiyyə rəsmiləri bildiriblər ki, 2005-ci ildə Karacasu bələdiyyəsindən aldıqları 16 sot torpaq sahəsində “Gazelle Resort” hoteli tikilib və hotel 2012-ci ildə fəaliyyətə başlayıb. Dərhal ətrafdakı 20 hektar meşəlik ərazini parkinq, tennis kortu və digər əlavələrlə zəbt ediblər. Uşaqlar üçün ayrılmış sahəni qeyri-qanuni istifadə etməyə başlayıblar, bunun yanındakı 200 hektar ərazini piknik sahəsi elan ediblər. Yerli sakinlər bu qanunsuzluqlarla bağlı əlaqədar qurumlara müraciət ediblər.
Aynurə