78 yaşlı kişinin meyiti evdən tapıldı

78 yaşlı kişinin meyiti evdən tapıldı Hadisə

Gədəbəydə 78 yaşlı kişinin meyiti evdən tapılıb.

News24.az xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Belə ki, 1948-ci il təvəllüdlü İslam Ələkbərovun meyiti yaşadığı evdə aşkar olunub. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. İlkin məlumata görə, 78 yaşlı kişi evdə tək yaşayırmış.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb. (Qafqazinfo)