79 yaşlı ata işləmək istəməyən oğlunu balta ilə öldürdü
Hadisə
Rusiyanın Kaluqa vilayətində 75 yaşlı kişi işləmək istəməyən oğlunu öldürüb.
News24.az xəbər verir ki, 75 yaşlı ata ilə 49 yaşlı oğlu arasında mübahisə uzun müddət davam edib.
Buna səbəb oğlunun heç yerdə işləməməsi və tez-tez spirtli içki qəbul etməsi olub.
Məlumata görə, hadisədən əvvəl oğlu atasını təhqir edib və sonra yatıb.
Bundan sonra yaşlı kişi baltanı götürərək oğluna yaxınlaşıb və ona bir neçə zərbə endirib.
Hadisə zamanı 49 yaşlı kişi ölüb, ata polisə gedərək təslim olub.
Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. /Baza/