9-cu sinif şagirdinin meyiti tapıldı

9-cu sinif şagirdinin meyiti tapıldı Hadisə

Xaçmazda məktəbli qız müəmmalı şəkildə vəfat edib.

News24.az xəbər verir ki, məlumata görə, 15 yaşlı A.B.-nin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib.

Onun qəfil ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Xaçmaz Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Qeyd edək ki, mərhum Xaçmaz Rayon Ləcət kənd tam orta məktəbinin 9-cu sinif şagirdi olub.//Qafqazinfo