91 şüphəli nəzarətə alındı

91 şüphəli nəzarətə alındı Hadisə

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya 30 vilayətdə FETÖ-yə qarşı “Kıskaç-10” əməliyyatları keçirildiyini açıqlayıb.

News24.az xəbər verir ki, Nazir Yerlikaya sosial media hesabındakı paylaşımında "FETÖ-çülərin göz açmasına icazə verməyəcəyik. Əziz millətimizin duaları və dəstəyi ilə terror təşkilatlarından və onların işbirlikçilərindən nəfəs alacağıq" deyib.

Qeyd edək ki, Yerlikaya FETÖ-yə qarşı əməliyyatların 5 gündür Diyarbəkir, Tekirdağ, Qaziantep, Isparta, Şanlıurfa, Kahramanmaraş, Mardin, Ağrı, Şırnak, Hatay, Əskişəhər, Çanaqqala, Manisa və Afyonkarahisarda eyni vaxtda aparıldığını və 91 şübhəlinin tutulduğunu bildirib.

Günel Məlikzadə