97 yaşlı dosent vəfat etdi
Hadisə
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Zərif üzvi sintez elmi-tədqiqat laboratoriyasının (ETL) aparıcı elmi işçisi Zara Məmmədova vəfat edib.
Bu barədə News24.az-a BDU-nun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Zara Məmmədova 1929-cu il dekabrın 12-də Moskvada anadan olub. O, 1961-2023-cü illərdə Üzvi kimya kafedrasının dosenti olub.
Zara Məmmədovanın tədqiqat sahəsi kükürd və azot üzvi birləşmələr – korroziya əleyhinə əlavələr, tio-klayzen qruplaşması olub.