Naxçıvanda avtomobil piyadanı vurdu
Hadisə
Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib.
Belə ki, avtomobil yolu qarşı tərəfə keçən Naxçıvan şəhər sakini, 1985-ci il təvəllüdlü Quliyev Loğman Qələndər oğlunu vurub.
Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır./APA