Milyon dollarlıq oğurluq: Pulu belə ələ keçirdilər
Hadisə
Yaponiyanın paytaxtı Tokioda küçənin ortasında milyon dollarlıq soyğunçuluq qeydə alınıb.
News24.az xəbər hadisə axşam saatlarında Tokionun mərkəzi Taito ərzisində baş verib. Üç şübhəli şəxs pulla dolu çantaları nəqliyyat vasitəsinə yerləşdirən beş nəfərlik qrupa hücum edib.
Oğrular hücum zamanı bibər qazından istifadə edərək üç çantanı ələ keçirib və hadisə yerindən qaçıblar. Çantalarda təxminən 420 milyon yen, yəni 2,7 milyon dollar nağd pulun olduğu bildirilir.
Hadisədən sonra əraziyə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib və şübhəlilərin saxlanılması istiqamətində istintaqa başlanılıb.