“AAAF Park”da 19 yaşlı qız 7-ci mərtəbədən yıxılıb öldü

“AAAF Park”da 19 yaşlı qız 7-ci mərtəbədən yıxılıb öldü Hadisə

Abşeron rayonu Xırdalan şəhərində faciəvi hadisə baş verib.

News24.az xəbər verir ki, dünən saat 10 radələrində 2007-ci il təvəllüdlü Esmira İsayeva yaşadığı “AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.

O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo)