ABŞ-də dəhşət: Evdən yüzlərlə insan sümüyü çıxdı

ABŞ-də dəhşət: Evdən yüzlərlə insan sümüyü çıxdı Hadisə

ABŞ-də qandonduran hadisə baş verib.

News24.az xəbər verir ki, Filadelfiyada Maunt-Moriya qəbiristanlığının kənarında polis tərəfindən insan sümükləri ilə dolu avtomobil aşkarlanıb.

Məsələ ilə bağlı araşdırma aparılıb və avtomobilin 34 yaşlı Conatan Krist Gerlaxın adlı şəxsə aid olduğu bəlli olub.

Həmin şəxsin evində aparılan axtarış zamanı zirzəmidə 100-dən çox insanın kəllə sümüyü, boruvari sümüklər, mumiyalanmış əl və ayaqlar, iki çürüməkdə olan meyit və digər skelet qalıqları tapılıb.

Rəsmilərin bildirdiyinə görə, evdə cəsədlərdən götürüldüyü ehtimal edilən bəzək əşyaları da tapılb və müsadirə olunub.

Gerlax avtomobilinə qayıdarkən içində iki uşağa aid mumiyalanmış qalıqlar və sümüklər olan kisə ilə saxlanılaraq həbs edilib.

Onun barəsində 100 maddə üzrə ittiham irəli sürülüb. Gerlax 1 milyon dollar girov qarşılığında həbsdə saxlanılır.