Abşeron Gənclər Şəhərciyində yanğın oldu – Yeniləndi
Hadisə
Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Əraziyə yanğınsöndürən və xilasedici qüvvələr cəlb olunub.
Yanğın 11 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb. Çevik müdaxilə sayəsində alov qısa müddətdə söndürülüb və digər mənzillərə yayılmasının qarşısı alınıb. Hadisə nəticəsində bir otağın yanar konstruksiyaları 18 kvadratmetr sahədə yanıb.
Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə olunub.Xəsarət alan olmayıb.
**
Bakıda Abşeron Gənclər Şəhərciyində çoxmərtəbəli binada yanğın hadisəsi qeydə alınıb.
News24.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadası cəlb olunub.
Yanğının səbəbləri barədə hələ ki, heç bir məlumat verilməyib.