Abşeronda motosiklet yük maşınına çırpıldı: 31 yaşlı sürücü öldü

Abşeronda motosiklet yük maşınına çırpıldı: 31 yaşlı sürücü öldü Hadisə

Abşeronda motosikletin yük avtomobilinə çırpılmasında nəticəsində bir nəfər ölüb.

News24.az xəbər verir ki, hadisə Xırdalan şəhərində, Heydər Əliyev prospekti ərazisində qeydə alınıb.

Motosiklet idarə edən 1994-cü il təvəllüdlü Hüseynov Ramin Nurəddin oğlu hərəkətdə olarkən yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (report.az)