Abşeronda uçqunda ölən şəxsin FOTOSU

Abşeronda uçqunda ölən şəxsin FOTOSU Hadisə


Xəbər verdiyimiz kimi, ötən gün Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verib.

"Unikal"ın məlumatına görə, uçqun zamanı ölən 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlu bu gün Biləsuvarın Ağalıkənd kəndində dəfn olunub.

Məlumata görə mərhum evli imiş və tikintidə çalışırmış.

Qeyd edək ki, uçqun nəticəsində həmçinin 2 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.