Masazırda 48 yaşlı kişi qətlə yetirildi - Arvadı tutuldu

Masazırda 48 yaşlı kişi qətlə yetirildi - Arvadı tutuldu Hadisə

Masazırda qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, bu gün Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən, arvadı 1983-cü il təvəllüdlü A. Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır./APA