Ağcabədidə 3 otaqlı ev yandı - Video
Hadisə
Ağcabədidə 3 otaqlı evdə yanğın olub.
News24.az-ın Qarabağ bürosunun xəbərinə görə, yanğın hadisəsi rayonun Üzeyir Hacıbəyli prospektində baş verib.
Rayon sakini Famil Hüseynova məxsus 3 otaqlı evdə baş verən yanğın zamanı evin iki otağı və dam hissəsinin yanar konstruksiyaları yanıb. Hadisə yerinə FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğınsöndürən əməkdaşları yanğını söndürərək ətrafdakı tikililərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma başlanıb