Ağcabədidə ağır qəza - Bir sürücü öldü, digəri yaralandı-Foto

Ağcabədidə ağır qəza - Bir sürücü öldü, digəri yaralandı-Foto Hadisə

Ağcabədidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü qəsəbə sakini Şaiq Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi “Hyundai” toqquşub.

Hadisə nəticəsində Ş. Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sürücü B. İsmayılov isə ağır vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Ağcabədidə ağır qəza - Bir sürücü öldü, digəri yaralandı-Foto Ağcabədidə ağır qəza - Bir sürücü öldü, digəri yaralandı-Foto