Ağdamda ağır qəza: 2 nəfər öldü, 4 yaralı var – YENİLƏNDİ

Ağdamda ağır qəza: 2 nəfər öldü, 4 yaralı var – YENİLƏNDİ Hadisə

Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3 kişi, 1 qadın) 01.05.2026-cı il tarixində saat 20:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

News24.az xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidməti məlumat verib.

Məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

**21:07

Ağdam rayonunun Xıdırlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.

News24.az xəbər verir ki, ölənlərdən biri “VAZ 2107” markalı avtomobilin sürücüsü, Ağdam sakini Cəsarət (soyadı dəqiqləşdirilir) adlı şəxsdir.

Qəza zamanı avtomobildə olan sərniş 1996-cı il təvəllüdlü Alimə Səxavət qızı Məmmədova və onun azyaşlı övladları, 2016-cı il təvəllüdlü Seymur Rəhimli və 2015-ci il təvəllüdlü Sevgi Rəhimli ağır xəsarətlər alıblar.

İlkin məlumata görə, Alimə Məmmədovanın ayaqları sınıb, uşaqların vəziyyəti isə ağır qiymətləndirilir.

Qeyd edək ki, Alimə Məmmədova Ağdərə rayonunun Vəngli kəndinə köç etmiş sakinlərdəndir.

Faktla bağlı araşdırma aparılır. (APA)

**19:52

Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. (Report)