Ağdamda ikiotaqlı ev əşyaları ilə birlikdə yandı - Fotolar

Ağdamda ikiotaqlı ev əşyaları ilə birlikdə yandı - Fotolar Hadisə

Ağdam rayonunda fərdi yaşayış evində yanğın baş verib.

News24.az xəbər verir ki, yanğın hadisəsi rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Canəli Yaşar oğlu Mehrəliyevə məxsus ikiotaqlı yaşayış evində yanğın başlayıb. Nəticədə ev və içərisindəki əşyalar yanaraq yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsinin iki yanğınsöndürmə avtomobili və şəxsi heyəti cəlb olunub. Alov söndürülüb, onun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)

Ağdamda ikiotaqlı ev əşyaları ilə birlikdə yandı - Fotolar Ağdamda ikiotaqlı ev əşyaları ilə birlikdə yandı - Fotolar Ağdamda ikiotaqlı ev əşyaları ilə birlikdə yandı - Fotolar