Ağdamda qəza: ölən var – FOTO/YENİLƏNDİ
Hadisə
Ağdamda baş verən qəza zamanı xəsarət alan və ölən şəxslərin kimliyi məlum olub.
News24.az xəbər verir ki, qəza zamanı xəsarət alanlar rayon sakinləri Musayev Cavid Əli oğlu və Abdullazadə İlkin Zamiq oğlu xəstəxanaya çatdırılıb.
Ağır xəsarət alan Musayev Cavid Əli oğlu xəstəxanada dünyasını dəyişib. (Teleqraf)
**
Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində yaralananlar var. (apa.az)