Şəmkirdə 43 yaşlı kişinin meyiti tapıldı
Hadisə
Şəmkirdə 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb.
News24.az xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
Məlumata görə, 1983-cü il təvəllüdlü Elman Həsənovun meyitini ilk olaraq qonşusu görüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.