Ağdaşda maşın ağaca çırpıldı - Ölən və xəsarət alan var

Ağdaşda maşın ağaca çırpıldı - Ölən və xəsarət alan var Hadisə

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi olub.

News24.az xəbər verir ki, qəza bu gün saat 00 radələrində Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, digər sərnişin 41 yaşlı Ramil Həsənov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. // Unikal