Ağdaşda maşın aşdı: xəsarət alanlar var

Ağdaşda maşın aşdı: xəsarət alanlar var Hadisə

Ağdaşdà qadın sürücünün idarə etdiyi maşın aşıb.

News24.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistrallnın rayonun Ləki qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. Paytaxt sakini - İmanova Şəlalə İldırım qızının idarə etdiyi "Hundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü Şəlalə İmanovaya yerindəcə zəruri tibbi yardım göstərilib. Maşında yer alan və durumları daha ciddi olan iki sərnişin - sürücünün anası Tahirə Musayeva və rəfiqəsi Tünzalə Ömərova isə təcili yardım xidməti ilə Ucar Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.