Ağdaşda qəza - Xəsarət alan var
Hadisə
Ağdaşda yol qəzası olub.
News24.az-ın məlumatına görə, hadisə Müşfiq İsayev küçəsində baş verib. Yol nəqliyyat hadisəsi zamanı müxtəlif bədən xəsarətləri alan 1990-cı il təvəllüdlü Yusifov İlqar Tahir oğlu təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.(Unikal)