Ağdaş sakinindən - QILINC GÖTÜRÜLDÜ

Ağdaş sakinindən - QILINC GÖTÜRÜLDÜ Hadisə
Ağdaş rayon sakinindən soyuq silah aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini R.Abdullayevdən kustar üsulla hazırlanmış qılınc aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.