Ağır qəzada ata öldü, 5 yaşlı uşağı xəsarət aldı

Ağır qəzada ata öldü, 5 yaşlı uşağı xəsarət aldı Hadisə

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, İrmaşlı kənd sakini 34 yaşlı Vüsal Rüstəmlinin idarə etdiyi “VAZ 2110” markalı avtomobil Şəmkir-Şiştəpə kənd yolunda qarşı tərəfdən hərəkət edən maşınla toqquşub.

Qəza nəticəsində V.Rüstəmli hadisə yerində ölüb. Onun avtomobildə olan 5 yaşlı oğlu Adəm Rüstəmli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo)