Ağır yol qəzası - YARALILAR VAR - Yeniləndi

Ağır yol qəzası - YARALILAR VAR - Yeniləndi Hadisə

Zaqatalada yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda qeydə alınıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər - Aşağı Çardaqlar kənd sakinləri, 60 yaşlı Rəsul Bədirov, 23 yaşlı Məhəmməd Osmanov, 28 yaşlı Səbuhi Sofiyev və onun 25 yaşlı qardaşı Vasif Sofiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

V.Sofiyev və R.Bədirovun müalicəsi xəstəxanada davam etdirilir. Digər iki nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.(apa)

14:08


Zaqatala rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi) fevralın 3-ü saat 08:40 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-a Zaqatala Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda 1 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır. 1 nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2 nəfər isə ambulator müalicə üçün evə buraxılıblar.