Şagirdləri öldürən məktəblinin mesajları üzə çıxdı: "5 və 6-cı siniflər hazır olsun"
Hadisə
Türkiyəni sarsıdan məktəb hücumu ilə bağlı ortaya çıxan yeni detallar hadisənin arxa planındakı dəhşətli mənzərəni üzə çıxarıb.
News24.az xəbər verir ki, istintaq məlumatlarında hücumu törədən İsa Aras Mersinlinin atası polis baş müfəttişi Uğur Mersinlinin oğlunu hadisədən dərhal əvvəl, bazar ertəsi günü atış poliqonuna apararaq məşq etdirdiyi bildirilib.
Eyni zamanda, hücumçunun kompüterində 11 aprel tarixli və böyük bir hücuma hazırlıq gördüyünü göstərən sənəd aşkar edilib.
Araşdırmalara əsasən, şübhəlinin hadisədən bir gecə əvvəl “Discord” platforması üzərindən paylaşdığı mesajlarda məktəbə hücum etmək niyyətini açıq şəkildə ifadə etdiyi müəyyən olunub.
“Lənət olsun! Bunu bu gün edə bilərəm. Günortadan sonra saat 3-də və ya o civarda. 5-ci siniflər və 6-cı siniflər hazır olsa yaxşı olar. Bu gün tamamilə tükənmişəm. Öz atam məni boğmağa və öldürməyə çalışdı. Evdə təkəm. Manifestimi tələsik bitirəcəyəm və bir az yatacağam. Sonra bu dünyaya nə qədər tükəndiyimi göstərəcəyəm”, - deyə mesajda qeyd edilib.
İstintaqı dərinləşdirən digər bir detal isə “Telegram”-da “PKK4” adı ilə yaradılmasıdır. Lakin bu qrupda paylaşım edilməyib. /CNN Türk/