Ağstafada 44 yaşlı çobanın meyiti tapıldı

Ağstafada 44 yaşlı çobanın meyiti tapıldı Hadisə

Ağstafada fermadan kişi meyiti aşkarlanıb.

News24.az xəbər verir ki, hadisə rayonun Poylu qəsəbəsində baş verib. Rayon sakini 1982-ci il təvəllüdlü F.Vəliyevin meyiti çoban işlədiyi fermada tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. 44 yaşlı kişinin meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.(unikal)