Ağsuda 3 otaqlı ev - yanıb
Hadisə
Ağsu rayonunda 3 otaqlı ev yanıb.
New24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonunun Çaparlı kəndində ümumi sahəsi 130 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.